27.03.2024

“Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar tədbirlər keçirilib

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar tədbirlər keçirilib.

 

Tədbirlərdə ümumi təhsil müəssisələrinin həyətyanı sahələrində şagirdlərdə ekoloji mədəniyyət, təbiətə, ətraf mühitə qayğı hissini aşılamaq məqsədilə ağacəkmə aksiyaları təşkil olunub.

 

Ağacəkmə aksiyalarında müxtəlif növ ağac tingləri və həmişəyaşıl ağaclar əkilib.

 

Qeyd edək ki, Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub.


Açar sözlər: ,  ,  ,