29.03.2024

“Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar ümumi təhsil müəssisələrində tədbirlər keçirilir

“Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar ümumi təhsil müəssisələrində tədbirlər keçirilir.

 

Tədbirlərdə ümumi təhsil müəssisələrinin ərazilərində müxtəlif növ ağac tingləri və həmişəyaşıl ağaclar əkilib.

 

Ekoloji davamlılıq, yaşıllıq zonalarının bərpası və genişləndirilməsini təşviq edən tədbirlərdə məqsədi ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizliyin təmini və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.


Açar sözlər: ,  ,