30.03.2024

“Nə? Harada? Nə zaman?” oyunu üzrə intellektual yarış keçirilib

Saatlı rayon təhsil sektorunun, Saatlı rayonu üzrə gənclər və idman sektorunun və "Saatlı Gənclər evi" sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə rayonun məktəbliləri arasında “Nə? Harada? Nə zaman?” oyunu üzrə intellektual yarış keçirilib.

 

Gərgin və maraqlı keçən intellektual yarışda Əlisoltanlı kənd tam orta məktəbin "Birlik" komandası I yeri, Qara Nuru kənd tam orta məktəbin "Qara Nuru" komandası II yeri və 1 nömrəli tam orta məktəbin "Ölümsüzlər" komandası isə III yeri tutublar.

 

Yarışın qalibləri müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.


Açar sözlər: ,  ,