02.04.2024

“Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar şagirdlərin rəsimlərindən ibarət sərgi təşkil olunub

“Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar Mil-Muğan Regional Təhsil İdarəsinin və İmişli rayon təhsil sektorunun təşkilatçılığı ilə şagirdlərin rəsimlərindən ibarət sərgi təşkil olunub.

 

İmişli şəhər 7 nömrəli tam orta məktəbdə keçirilən sərgidə rayonun ümumtəhsil məktəblərinin rəsm çəkmək bacarığı ilə seçilən şagirdlərinin rəsmləri nümayiş olunub.

 

Tədbirdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, İmişli rayon təhsil sektorunun müdiri  Kərim Kərimov çıxış edərək sərgidə məktəblilərin iştirakına görə təhsil müəssisələrinin rəhbərlərinə təşəkkürlərini bildiriblər. Dünyanı narahat edən ekoloji problemlər, iqlim dəyişiklikləri və onların canlı aləmə mənfi təsirlərindən, ekoloji mədəniyyətdən danışaraq bu sahəyə diqqətin artırılması, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin əhəmiyyətini iştirakçıların diqqətinə çatdırıblar.

 

Sərginin keçirilməsində məqsəd ətraf mühitin çirkləndirilməsinin qarşısını almaq, şagirdlərin asudə vaxtlarının səmərəli istifadəsini təşkil etmək, uşaqların bacarıq və qabiliyyətlərini üzə çıxarmaq, onlarda sağlam rəqabət hissi formalaşdırmaq olub.

 

Sonda məktəbin həyətində həmişəyaşıl ağaclar və bəzək bitkiləri əkilib.


Açar sözlər: ,  ,  ,  ,