05.04.2024

“Şahin” hərbi-idman oyununun rayon mərhələsi keçirilib

Saatlı rayon təhsil sektorunun, Saatlı rayon gənclər və idman sektorunun, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsinin birgə təşkilatçılığı ilə “Şahin” hərbi-idman oyununun rayon mərhələsi keçirilib.

 

Saatlı Olimpiya İdman Kompleksində keçirilən hərbi-idman oyununda şagirdlər sıra hazırlığı, intellektual müsabiqə, çadırın qurulması, darağa patronun doldurulması və boşaldılması, avtomatın sökülməsi və yığılması və digər mərhələlər üzrə yarışıblar.

 

Yekun nəticələrə əsasən Qıraqlı kənd tam orta məktəbin komandası birinci, Sarıcalar kənd tam orta məktəbin komandası ikinci, 1 nömrəli tam orta məktəbin komandası isə üçüncü yeri tutublar.

 

I yeri tutan Qıraqlı kənd tam orta məktəbin komandası “Şahin” hərbi-idman oyunu üzrə respublika birinciliyinin zona mərhələsinə vəsiqə qazanıb.


Açar sözlər: ,  ,  ,