04.04.2024

Şagirdlər və onların müəllimləri ilə görüş keçirilib

Mil-Muğan Regional Təhsil İdarəsi üzrə respublika fənn olimpiadalarının final mərhələsində iştirak etmək hüququ qazanan şagirdlərlə, Saatlı rayonu üzrə Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasının, məktəblilərarası fənn müsabiqəsinin (MFM) yarımfinal turunda iştirak edəcək şagirdlər və onların müəllimləri ilə görüş keçirilib.

 

Saatlı rayonu Əlisoltanlı kənd tam orta məktəbində keçirilən görüşdə iştirak edən Mil-Muğan Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Mahir Zahidov olimpiadanın final mərhələsində və müsabiqənin yarımfinal mərhələsində iştirak edəcək şagirdlərə uğurlar arzulayıb.

 

O, son illər ölkəmizdə istedadlı şagirdlərin aşkara çıxarılmasına xüsusi diqqət yetirildiyini bildirib. Şagirdlərin bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində RTİ tərəfindən müəllimlərimiz və şagirdlərimiz arasında aparılan məqsədyönlu işlərin nəticəsi olaraq RFO-nun final mərhələsində (23 nəfər şagird) və MFM-in yarımfinal mərhələsində (136 nəfər şagrd) iştirak edən şagirdlərin sayının əvvəlki tədris ili ilə müqayisədə 2 dəfədən çox olduğunu, bunun regionumuzun timsalında təhsilimiz üçün böyük uğur olduğunu görüş iştirakçıların nəzərəinə çatdırıb.

 

Xüsusi istedadlı şagirdlərin üzə çıxarılmasında və onların potensial imkanlarının genişləndirilməsində müsabiqə və olimpiadaların əhəmiyyətindən danışaraq, şagirdlərin olimpiadanın və müsabiqənin növbəti mərhələsinə hazırlıq prosesi və qarşıda duran hədəflər müzakirə edilib.

 

2021-2022 və 2022-2023-cü tədris illərində fənn olimpiadasında qızıl medal qazanmış Leyla Səfərova tədbirdə iştirak edən şagirdlərə uğurlar arzulayıb. O, öz təcrübəsini tədbir iştirakçıları ilə bölüşərək, qalib olmağın yolunun ilk növbədə qarşıya məqsəd qoymaqdan, əzmkarlıqdan, ciddi şəkildə araşdırma aparmaqdan və məqsədyönlü hazırlaşmaqdan keçdiyini bildirib.

 

Sonda görüş iştirakçılarını maraqlandıran suallara cavab verilib.


Açar sözlər: ,  ,  ,