06.04.2024

"Mənim komandam" adlı intellektual bilik yarışı keçirilib

Saatlı rayon təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri arasında "Mənim komandam" adlı intellektual bilik yarışı keçirilib.

 

Yarışda rayon üzrə 96 nəfər şagirdin iştirakı ilə 16 komanda mübarizə aparıb.

 

Yarışın nəticələrinə əsasən Sarıcalar kənd ümumi orta məktəbin komandası I, Əlisoltanlı kənd tam orta məktəbin komandası II, 1 nömrəli tam orta məktəbin komandası isə III yeri tutub.

 

Qeyd edək ki, bilik yarışının keçirilməsində məqsəd şagirdlərin fənlərə olan marağını artırmaq, onların intellektual səviyyəsini yüksəltmək, istedadlarının inkişaf etdirilməsi işini səmərəli təşkil etmək olub.

 

Qalib komandalara fəxri fərmanlar və medallar təqdim olunub. 


Açar sözlər: ,  ,  ,  ,