06.04.2024

Direktorların yerdəyişməsi müsabiqəsinin müsahibə mərhələsi keçirilib

Sabirabad şəhər 1 nömrəli məktəbdə Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən şagird sayı 500 nəfərdən çox olan ümumi təhsil müəssisələrində vakant olan direktor vəzifələrinə yerdəyişmə müsabiqəsinin müsahibə mərhələsi keçirilib.

 

Müsahibə mərhələsində namizədlərin direktorluq üçün zəruri texniki bilikləri, yumşaq bacarıqları, liderlik keyfiyyətləri, konflikti idarəetmə bacarığı və digər zəruri keyfiyyətləri yoxlanılır.

 

Namizədlərə uğurlar arzulayırıq!


Açar sözlər: ,