06.04.2024

Beyləqan şəhər 8 nömrəli tam orta məktəbdə “Coğrafiya gecəsi” keçirilib

Gecədə Beyləqan rayon təhsil sektorunun müdiri Elvin Abbasov, məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər.

 

Tədbirdə çıxış edənlər belə tədbirlərin keçirilməsinin şagirdlərin təhsilində böyük əhəmiyyət daşıdığını, onlarda fənnə marağın artmasına müsbət təsir göstərdiyini bildiriblər.

 

Daha sonra çıxış edən məktəbin coğrafiya müəllimi İnarə Əliyeva coğrafiyanın çox maraqlı fənn olması ilə yanaşı, coğrafi bilklərin həyatımızın demək olar ki, hər anında bizə lazım olduğunu vurğulayaraq bütün şagirdlərini coğrafiyanı dərindən öyrənməyə çağırıb.

“Coğrafiya gecəsi” müəllim və şagird kollektivinin hədsiz marağına səbəb olub. Şagirdlər maraqlı viktorinalarda, sual-cavablarda iştirak ediblər. Bu da onların coğrafiya elminə maraqlarının artmasına, məlumatlarının genişlənməsinə, Azərbaycanın təbii sərvətlərinə, coğrafi quruluşuna bələd olmalarına ciddi təsir göstərib.

 

Sonda şagirdlərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.


Açar sözlər: ,  ,  ,