07.04.2024

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi (KBRM) keçirilib

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan II-X sinif şagirdləri arasında Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi keçirilib.

 

Müsabiqənin keçirilməsində əsas məqsəd ümumi təhsil müəssisələrinin II-X sinif şagirdlərinin riyaziyyat fənni üzrə biliklərini yoxlamağa imkan yaratmaqdır.

 

Qeyd edək ki, sözügedən müsabiqə hər il mərkəzi Fransa olan Sərhədsiz Kenquru Assosiasiyasının razılığı ilə dünyanın 80-dən çox ölkəsində “Həll edirik, öyrənirik, əylənirik” şüarı altında təşkil olunur.

 

Müsabiqənin nəticələri ilə 17.04.2024-cü il tarixdən https://kenquru24.az sayıtında tanış olmaq olar.


Açar sözlər: ,  ,