08.04.2024

XVI rus dili Olimpiadasının region turu keçirilib

Sabirabad şəhər 2 nömrəli tam orta məktəbdə Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin VII-VIII sinif şagirdləri arasında XVI rus dili Olimpiadasının region turu keçirilib.

 

XVI rus dili Olimpiadası Aleksandr Puşkinin anadan olmasının 225 və Mirzə Şəfi Vazehin 230 illiyinə həsr olunub.

 

Öncə olimpiada iştirakçıları ilə görüş keçirilib. Görüşdə Mil-Muğan RTİ-nin Tədrisin keyfiyyəti sektorunun müdiri Mahir Zahidov, Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi yanında "Rus evi" birliyinin təhsil şöbəsinin əməkdaşları Kozin Dmitriy Valeryeviç, Yakunina Lyubov Petrovna və baş mütəxəssis-ekspert Kondratyeva Kristina İvanovna şagirdləri salamlayaraq, onlara uğurlar arzulayıblar.

 

Olimpiadanın bu turunda qalib olan şagirdlər olimpiadanın final mərhələsində iştirak etmək hüququ qazanacaq.

 

Xatırladaq ki, Rus dilində Olimpiada Bakıdakı Rus evi, Rusiyanın ölkəmizdəki Səfirliyi, Elm və Təhsil Nazirliyi, Rusdilli Təhsil Müəssisələrinin Müəllimlər Assosiasiyası tərəfindən və Azərbaycan Dillər Universitetinin dəstəyi ilə keçirilir.