09.04.2024

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tədbir keçirilib

Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının və İmişli rayon təhsil sektorunun birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tədbir keçirilib.

 

Tədbirdə çıxış edənlər 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin təkcə ölkəmiz üçün deyil, bütün dünya üçün qlobal çağırış olmasından, ekoloji problemlərin həlli və ətraf mühitin qorunub saxlanmasının vacibliyindən danışaraq gənclərdə ekoloji şüurun inkişaf etdirilməsi, ətraf mühitə qarşı həssas münasibətin formalaşdırılması və təbii, mədəni dəyərlərə hörmətlə yanaşılması ilə bağlı maarifləndirmə işlərinin aparılmasının əhəmiyyətini bildiriblər.

 

Azərbaycanda ekoloji tarazlığın və ətraf mühitin qorunması, o cümlədən iqlim dəyişmələrinin qarşısının alınması istiqamətində milli, regional, qlobal səviyyədə aparılan işlərə dövlətimizin dəstəyi və töhfəsindən danışıblar.

 

Sonda İmişli şəhər 7 nömrəli tam orta məktəbdə “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar rayonun ümumtəhsil məktəblərinin rəsm çəkmək bacarığı ilə seçilən şagirdlərin rəsmlərindən ibarət keçirilmiş sərgidə qalib olmuş şagirdlər mükafatlanırılıblar.


Açar sözlər: ,  ,  ,