15.04.2024

Ağacəkmə aksiyası keçirilib

İmişli şəhər 8 saylı tam orta məktəbin həyətində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib.

 

Ekosistemin, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların artırılması, eyni zamanda ekoloji mədəniyyətin təbliği və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə vermək məqsədi daşıyan aksiyada Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının sədri, İmişli rayon təhsil sektorunun rəhbərliyi, “Azərbaycan Vətənpərvərlər” İctimai Birliyinin İmişli rayon şöbəsinin əməkdaşları və şagirdlər iştirak ediblər.

 

Aksiya zamanı əkilən ağaclar suvarılıb və onlara aqrotexniki qulluq göstərilib.


Açar sözlər: ,  ,  ,