17.04.2024

Maarifləndirici görüşlər keçirilib

Təhsil Tələbə Krediti Fondunun əməkdaşları Aysel Hacıyeva, Aynur İsmayılova Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində abituriyent və şagirdlərin maarifləndirilməsi istiqamətində görüşlər keçiriblər.

 

Görüşlər Sabirabad şəhəri 2 nömrəli, Saatlı rayonu 1 nömrəli tam orta məktəblərdə, İmişli şəhər 1 və 5 nömrəli məktəb-liseylərdə keçirilib.

 

Görüşlərdə Fondun fəaliyyətinin əsas məqsədinin təhsilə əlçatanlığı təmin etməkdən, təhsil almaqda bərabər imkanlar yaratmaqla yanaşı təhsilin əhatə dairəsini genişləndirməkdən və təhsilin keyfiyyətini yüksəltməkdən ibarət olduğu iştirakçıların diqqətinə çatdırılıb.

 

Sonda iştirakçıların sualları cavablandırılıb və təklifləri dinlənilib. 


Açar sözlər: ,  ,  ,