17.04.2024

Məktəblilər arasında basketbol turniri keçirilib

Mil-Muğan Regional Təhsil İdarəsinin, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Sabirabad şəhər 2 nömrəli məktəb-liseydə məktəbli qızlar və oğlanlar arasında basketbol idman növü üzrə turnir keçirilib.

 

Turnirin keçirilməsində məqsəd yeni istedadların üzə çıxarılması, uşaq basketbolunun inkişafı və təbliği, eyni zamanda şagirdlərdə komanda şüurunun formalaşdırılması, onların asudə vaxtlarımın səmərəli keçirmələri və idmana olan maraqlarının artırmaq olub.

 

Sonda yarışda fəal iştirak etmiş idmançılar diplomla təltif olunublar.


Açar sözlər: ,  ,