18.04.2024

Milli Müdafiə Universitetinin yaratdığı yeni və xüsusi imkanlarla şagirdləri tanış ediblər

Milli Müdafiə Universitetinin yaratdığı yeni və xüsusi imkanlarla şagirdlərimizi tanış etmək məqsədilə polkovnik-leytenant Elşən Abdulov Saatlı şəhəri 1 nömrəli tam orta məktəbdə olub.

 

Müəllim və şagird heyəti ilə görüşlər zamanı hərbi təhsil müəssisələri haqqında ətraflı təqdimatdan sonra məktəblilərin sualları geniş şəkildə cavablandırılıb.

 

Milli Müdafiə Universiteti 1-30 aprel tarixlərində tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə (Heydər Əliyev adına Hərbi İnstitut, Bakı/Gəncə/Naxçıvan Hərbi Kolleclərinə və Heydər Əliyev və Cəmşid Naxçıvanski adına Hərbi Liseylərə) və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinə qəbul elan edir. Vətəndaş məmnunluğunun və əlçatanlığın təmin edilməsi məqsədilə respublikanın 13 şəhərində ümumi olaraq 17 sənəd qəbulu mərkəzi yaradılıb. Sözügedən təhsil müəssisələrinə qəbul olmaq arzusunda olan vətəndaşlar istənilən sənəd qəbulu mərkəzinə yaxınlaşaraq sənədlərini təqdim edə bilərlər.

 

Qəbul qaydaları ilə Milli Müdafiə Universitetinin rəsmi internet saytından ( www.mmu.edu.az ) tanış olmaq olar.


Açar sözlər: ,  ,  ,