18.04.2024

Məhəmməd Füzulinin həyat və yaradıcılığına həsr olunmuş silsilə tədbirlər keçirilir

“Məktəblərdə Məhəmməd Füzuli ayı” layihəsi çərçivəsində İmişli rayonunun ümumtəhsil məktəblərində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin həyat və yaradıcılığına həsr olunmuş silsilə tədbirlər keçirilir.

 

Tədbirlərdə şagirdlər ədibin kitabları ilə tanış olublar, ədəbi-bədii kompozisiyalar göstəriblər və sənədli filmlərə baxıblar.

 

Sonra tədbirlərdə ədibin həyat və yaradıcılığı haqqında şagirdlərə geniş məlumat verilib. Onun əsərlərinin təkcə Azərbaycan ədəbiyyatı deyil, bütövlükdə Şərq və dünya ədəbiyyatı üçün əhəmiyyətindən danışıblar.


Açar sözlər: ,  ,  ,