19.04.2024

“Qalib Xalqın, Qalib Lideri” adlı “Xəmsə” milli intellektual oyunu keçirilib

Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının, Saatlı rayonu təhsil sektorunun və “Saatlı rayon Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibəti ilə Saatlı rayon məktəbliləri arasında “Qalib Xalqın, Qalib Lideri” adlı “Xəmsə” milli intellektual oyunu keçirilib.

 

Bilik yarışının keçirilməsində məqsəd Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi, Ümummilli Liderin irsinin yaşadılması və gənclər arasında təbliği, eyni zamanda, gənc nəslin elmə, maarifləndirici yarışlara marağının artırılması olub.

 

Bilik yarışında Əlisoltanlı kənd tam orta məktəbin "Birlik" komandası I, "Unity" komandası II, Qara Nuru kənd tam orta məktəbin "Qara Nuru" komandası isə III yeri tutub.


Açar sözlər: ,  ,  ,