19.04.2024

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində rəsm sərgisi keçirilib

İmişli Rayon İcra Hakimiyyətinin və İmişli rayon təhsil sektorunun birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində məktəblilərin əl işlərindən ibarət rəsm sərgisi keçirilib.

 

Sərgi İmişli şəhərinin H. Əliyev adına istirahət parkında təşkil olunub.

 

Sərgiyə baxış zamanı çıxış edən icra başçısı sərginin əhəmiyyətindən danışaraq bildirib ki, hazırda bütün ölkələr üçün ekoloji mühitin yaxşılaşdırılması və bu istiqamətdə adekvat addımların atılması prioritetdir.

 

Bu cür sərgilərin keçirilməsində məqsəd insanları, xüsusilə də gəncləri ekoloji proseslərdə aktiv iştiraka təşviq etmək, bu sahədə maarifləndirmənin yollarını təbliğ etmək və genişləndirməkdir. Ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən Azərbaycanda 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi də təsadüfi deyil.

 

Sərgidə nümayiş olunan rəsm əsərləri iştirakçılar tərəfindən maraqla qarşılanıb.


Açar sözlər: ,  ,  ,