20.04.2024

“Bilik və bacarığını nəticəyönümlü fəaliyyətə çevirən müəllim” adlı layihəyə start verilib

Təhsilimizin hazırkı inkişaf mərhələsində qarşıda duran əsas vəzifələrdən biri yüksək akademik biliyə malik olan istedadlı müəllimlərin öz bilik və bacarıqlarını yaradıcı, səmərəli pedaqoji fəalliyyətə çevirməsinə nail olmaqdır.

 

Müəllimlərə metodik xidmətin göstərilməsi məqsədi ilə onların dərslərini dinləmək, fəaliyyətləri ilə yaxından tanış olmaq və qabaqcıl iş təcrübələrini üzə çıxararaq digər müəllimlərin də tanış olması üçün “Bilik və bacarığını nəticəyönümlü fəaliyyətə çevirən müəllim” adlı layihəyə start verilib.

 

İmişli rayon təhsil sektorunda bu işin səmərəli, daha məzmunlu və sağlam rəqabətli formada aparılması üçün məktəblərin əməkdaşlığı şəraitində fəaliyyətin təşkili nəzərdə tutulub. Sonda nəticələri ümumiləşdirərək daha geniş formatda təhlil olunması nəzərdə tutulub.

 

Qeyd olunan prinsip və məqsədlə İmişli rayonunun Ölcələr kənd tam orta məktəbin gənc biologiya müəllimi Şahverdiyeva Qumru Yusif qızının arzusu ilə dərsi dinlənilib. Qumru müəllimin VII sinifdə keçdiyi “Kəlləlilər yarımtipi. Balıqlar” mövzusu olub.

 

Dərsdinləmədən sonra Qumru müəllimə konstruktiv rəy verilib, həm də dərs zamanı müşahidə olunmuş bir sıra metodiki məsələlər pedaqoji heyətlə birlikdə müzakirə edilib.


Açar sözlər: ,  ,