22.04.2024

Məktəb direktorları ilə növbəti görüşlər keçirilib

Beyləqan, İmişli və Saatlı rayonlarında keçirilən görüşlərdə Mil-Muğan Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Mahir Zahidov, təhsil sahəsində uzun müddət böyük təcrübəsi olan Almaz Əsgərova, Sevda Quliyeva və məktəb direktorları iştirak ediblər.

 

Görüşlərdə 2023-2024-cü tədris ili üzrə XI sinif buraxılış imatahanalrının nəticələri, cari tədris ilində IV və VI siniflərdə keçiriləcək monitorinqlər və qarşıda duran vəzifələr müzakirə olunub.

 

Tədbirdə çıxış edənlər ötən tədris ilində qarşıya qoyulmuş vəzifələrin icrası vəziyyətindən danışaraq, 2023-2024-cü tədris ilində məktəblərdə idarəetmənin, müəllim-şagird münasibətlərinin təkmilləşdirilməsinin, həmçinin tədrisin keyfiyyətinin əvvəlki tədris ili ilə müqayisədə daha da yaxşılaşdırılmasının əsas hədəflərdən olduğunu bildiriblər.

 

Keçirilən müsabiqələrdə, Respublika fənn olimpiadasında və XI sinif buraxılış imtahanlarının nəticələrində böyük inkşaf dinamikasının olduğu məktəb direktorlarının diqqətinə çatdırılıb və bu istiqamətdə daha böyük uğurlara nail olmaq üçün müvafiq tapşırıqlar verilib.

 

Görüşdə hər bir məktəb rəhbərinin təhsilin keyfiyyətinin yaxşılaşdırılmasının, təlim-tərbiyə prosesinin düzgün təçkil edilməsi əsas hədəflərindən olduğunu xatırladan Mahir Zahidov

ötən tədris ilində qarşıya qoyulmuş vəzifələrin icrası vəziyyətindən danışaraq, 2023-2024-cü tədris ilində məktəblərdə idarəetmənin, müəllim-şagird münasibətlərinin təkmilləşdirilməsinin, həmçinin tədrisin keyfiyyətinin əvvəlki tədris ili ilə müqayisədə daha da yaxşılaşdırılmasının əsas hədəflərdən olduğunu direktorların diqqətinə çatdırıb və bu istiqamətdə müvafiq tapşırıqlar verib.

 

Sonra məktəb direktorlarının, müəllimlərin məktəblərdə fəaliyyət göstərdikləri zaman qarşılaşdığı problemlər, onların həllini təmin etmək məqsədilə diqqət yetirilməli məqamları aydınlaşdırılıb və bu istiqamətlərdə səmərəli təcrübə mübadiləsi aparılıb, təkliflər səsləndirilib.


Açar sözlər: ,  ,