23.04.2024

Ümumi və məktəbdənkənar təhsil müəssisələrinin direktorları üçün müasir idarəçilik metodları ilə bağlı təlimlər keşirilib

Mil-Muğan Regional Təhsil İdarəsi tərəfindən təşkil olunmuş iki günlük təlimlərin keçirilməsində məqsəd məktəb idarəetməsində müasir yanaşmalar, hesabatlılıq, kargüzarlıq, sənədlərlə iş və monitorinq ilə bağlı müvafiq yanaşmaların formalaşdırılmasıdır.

 

İmişli şəhər 7 nömrəli tam orta məktəbdə keçirilən təlimlərdə Mil-Muğan Regional Təhsil İdarəsinin müdir müavini Rabil Şahbazov, inzibati təşkilati sektorunun məsləhətçisi Ramil Əhmədov idarəetmədə çevik, effektiv mexanizmlərin qurulması, əlçatanlığın təmin olunması, tədris prosesinin keyfiyyətli təşkili və tənzimlənməsi, valideynlərlə effektiv kommunikasiyanın yaradılması mövzularında təqdimatla çıxış ediblər.

 

İmişli rayon təhsil sektorunun baş məsləhətçisi Vahid Tağıyev müasir idarəçilik metodları, məktəblərin daxili nizam-intizam qaydalarının nəzarətdə saxlanması və dərsdinləmələrin təşkili ilə bağlı təqdimatla çıxış edib.

 

Görüşdə məktəblərin idarəetməsi, təhsilverənlərin fəaliyyət keyfiyyətinin artırılması məsələləri, təhsil müəssisələrinin qarşılaşdığı problemlər, müəllim-şagird və müəllim-valideyn münasibətlərinin tənzimlənməsi, ictimaiyyətlə əlaqə işinin səmərəliliyinin artırılması kimi məsələlər də müzakirə olunub, məktəb direktorlarına müvafiq tövsiyə və tapşırıqlar verilib.  

 

Sonra məktəbin fəaliyyət planının hazırlanması, inzibati-təşkilatı və maliyyə-təsərrüfat işlərinin təşkili, təhsil və əmək qanunvericiliyinə dair nəzəri və praktiki biliklər, dərsdinləmə və monitorinqlərin təşkil olunması, İKT-dən istifadə bacarıqlarının təkmilləşdirilməsi və digər mövzular ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.


Açar sözlər: ,  ,