26.04.2024

Voleybol idman növü üzrə yarış keçirilib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş Mil-Muğan Regional Gənclər və İdman İdarəsi və Mil-Muğan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Kamallı kənd orta məktəbində regionun ümumtəhsil məktəblərində təhsil alan oğlanlar arasında voleybol idman növü üzrə yarış keçirilib.

 

Yarışın keçirilməsində məqsəd voleybol idman növünün region məktəbləri arasında inkişaf etdirilməsi və kütləviliyinə nail olmaq, məktəblilərin idmanın bu növünə marağının artırılması, sağlam həyat tərzinin təbliği və perspektivli şagirdlərin üzə çıxarılması olub.

 

Yarışda Saatlı rayonu UGİŞM-in komandası I, Sabirabad şəhər 7 nömrəli tam orta məktəbin komandası II, Beyləqan şəhər 1 nömrəli tam orta məktəb komandası isə III yeri tutub.

 

Müvafiq olaraq I, II və III yerləri tutan komandalar diplomlar və kubokla təltif ediliblər.


Açar sözlər: ,  ,  ,