26.04.2024

"Respublika Fənn Müsabiqələri və Olimpiadalarına Hazırlıq" layihəsinin təntənəli bağlanış tədbiri keçirilib

Saatlı şəhər 4 nömrəli tam orta məktəbdə Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqənin rayon üzrə qalibi olmuş "Respublika Fənn Müsabiqələri və Olimpiadalarına Hazırlıq" layihəsinin təntənəli bağlanış tədbiri keçirilib.

 

Tədbirdə Saatlı rayon təhsil sektorunun müdir Günay Sultanova, Mil-Muğan RTİ-nin Tədrisin Keyfiyyət Sektorunun aparıcı məsləhətçisi Fərahim Nağıyev və layihə icraçıları, layihəyə cəlb olunmuş şagirdlər iştirak ediblər.

 

Tədbirdə Günay Sultanova çıxış edərək layihənin əhəmiyyəti barədə ətraflı məlumat verib.

 

Sonda Respublika fənn olimpiadalarında və müsabiqələrində fərqlənmiş şagirdlər fəxri fərmanla təltif edildilər.


Açar sözlər: ,  ,  ,