27.04.2024

İşə qəbul müsabiqəsinin test mərhələsi keçirilib

Ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə növbəti işə qəbul müsabiqəsinin test mərhələsi keçirilib.

 

Müsabiqənin test mərhələsində Mil-Muğan RTİ-üsrə 143 namizəd iştirak edib.

 

Namizədlərə təqdim olunmuş 40 sualı cavablandırmaq üçün 80 dəqiqə vaxt verilib.

 

Müsabiqənin test mərhələsinin keçid balı namizədlərin topladığı bala əsasən müəyyən ediləcək.

 

Test imtahanın nəticələri 03 may 2024-cü il tarixinədək elan ediləcək.


Açar sözlər: ,  ,