02.05.2024

Şagirdlər və onların müəllimləri ilə görüş keçirilib

Beyləqan rayonu üzrə Respublika fənn olimpiadasının, Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasının, məktəblilərarası fənn müsabiqəsinin yarımfinal turunda iştirak etmək hüququ qazanmış şagirdlər və onların müəllimləri ilə görüş keçirilib.

 

Beyləqan şəhəri 3 nömrəli tam orta məktəbdə keçən görüşdə Mil-Muğan Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Mahir Zahidov 2022-2023-cü tədris ilində keçirilmiş fənn olimpiadasının, həmçinin fənn müsabiqələrinin və Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasının nəticələri haqqında iştirakçılara ətraflı məlumat verib, şagirdləri qazandıqları uğur münasibətilə təbrik edib.

 

Mahir Zahidov dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin elmin inkişafına verdiyi töhfələrindən, istedadlı şagirdlərin seçilib müəyyənləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər sırasında Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasının təşkilinin mühüm əhəmiyyətindən danışıb.

 

Şagirdlərin məntiqi təfəkkür vərdişlərinin, düşüncə tərzi, diqqət, qavrama və nitq kimi vacib bacarıqlarının inkişafına əlverişli şərait yaratmaq, məntiqi biliklərinin artırılmasına təkan vermək baxımından bu kimi olimpiadaların keçirilməsinin vacibliyini bildirib.

 

Sonda şagirdlərə yarımfinal mərhələ ilə baglı tövsiyələrini verib.


Açar sözlər: ,  ,  ,  ,