04.05.2024

Təhsil müəssisələrində monitorinqlər aparılır

Mil-Muğan Regional Təhsil İdarəsi tərəfindən bir sıra təhsil müəssisələrində monitorinqlər həyata keçirilir.

 

03 may 2024-cü il tarixində Beyləqan şəhər 4 nömrəli tam orta Bünyadlı kənd tam orta , İmişli şəhər 8 nömrəli tam orta , Nurulu kənd tam orta , Saatlı rayon Orta Muğan kənd tam orta və Sarıcalar kənd tam orta məktəblərində monitorinqlər keçirilmişdir.

 

Monitorinqlər əsasən təhsil müəssisələrində təlim-tərbiyə prosesinin təşkili, tədris-pedaqoji və metodiki sənədlərlə işin təşkili vəziyyəti, əmək və təhsil qanunvericiliyinin tələblərinin, əmək və icra intizamının, sənədləşmə işlərinin, təchizatın və təsərrüfat fəaliyyətinin real vəziyyətinin öyrənilməsi və digər məsələlər ilə bağlıdır.

 

Monitorinqlər digər təhsil müəssisələrində də davam edəcəkdir.


Açar sözlər: ,  ,