05.05.2024

Fənn müsabiqələrinin yarımfinal turu keçirilib

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan V, VI və VII sinif şagirdlərinin iştirak etdiyi Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqələrinin yarımfinal turu keçirilib.

 

Mil-Muğan RTİ üzrə 2 mərkəzdə təşkil olunan imtahanlarda 177 nəfər şagird iştirak edib.

 

Şagirdlər 14 may 2024-cü il tarixindən etibarən https://portal.edu.az/ platforması üzərindən “Müsabiqə və olimpiadalar” bölməsindən nəticələrini əldə edə bilərlər.

 

Olimpiada və müsabiqədə iştirak etmiş şagirdlərimizə uğurlar arzulayırıq!


Açar sözlər: ,  ,  ,