06.05.2024

"Oyunəsaslı öyrənmə" mövzusunda təlim keçirilib

İmişli rayonunun ümumtəhsil məktəblərinin rəhbərləri və bir qrup təhsilverənlərin iştirakı ilə İmişli şəhər 7 nömrəli tam orta məktəbdə "Oyunəsaslı öyrənmə" mövzusunda təlim keçirilib.

 

Tədbirdə təlimçi Anar İsmayılzadə iştirakçılara mövzu ilə bağlı ətraflı məlumat verib. O, bildirib ki, oyun əsaslı öyrənmənin əsas konsepsiyası tədris prosesində müxtəlif rollu oyunlardan istifadə etməklə təlim prosesində məqsədə çatmaqa xidmət edir. Bu da sinifdə şagirdlərin təlim matreallarının fəal şəkildə öyrənməsinə zəmin yaradır. Nəticə passiv öyrənmə əvəzinə aktiv öyrənmə həyata keçirilir.

 

Təlim iştirakçıları ilə öyrənmənin müasir metodları və oyun əsaslı öyrənmə ilə bağlı müzakirələr aparılıb.


Açar sözlər: ,  ,