07.05.2024

“Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfrans keçirilib

İmişli şəhər 7 nömrəli tam orta məktəbdə Ümummilli Lideri Heydər Əliyevin 101-ci doğum gününə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfrans keçirilib.

 

Konfransda İmişli rayon təhsil sektorunun müdiri Kərim Kərimov və əməkdaşlar, İmişli RİH-nin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rüfət Muradov, ümumi təhsil müəssisələrinin direktorları iştirak ediblər.

 

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Sonra Heydər Əliyevin böyük həyat yolu və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

 

Tədbirdə çıxış edənlər bildiriblər ki, Ulu öndər Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlayıb. O, öz xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olub. Onun hakimiyyətinin birinci dövrünün Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələrdən olduğundan danışılıb.

 

Rayonun ümumi təhsil müəssisələrində keçirilən tədbirlərdə şagirdlərin Azərbaycan tarixinin ən qədim zamanlarından günümüzə qədər olan dövrləri, o cümlədən Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin Azərbaycan tarixindəki rolu barədə çıxışlar etdikləri iştirakçıların diqqətinə çatdırılıb.

 

Çıxışlarda Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə uzaqgörənliklə atılmış addımlar, Azərbaycanda əsası qoyulan uğurlu sosial, mədəni iqtisadi və intellektual sərmayələrin xalqımızın istiqlaliyyət qazanmasına zəmin yaratmasından söhbət açılıb. Heydər Əliyevin tarixdə Azərbaycan xalqının Ümummilli Lideri, dünya miqyaslı ictimai-siyasi xadim, böyük mütəfəkkir, müstəqil dövlətimizin qurucusu, xalqımızın iradəsini ifadə edən siyasi lider kimi, cəsarətli və yaradıcı dövlət xadimi kimi yaddaşlarda iz qoyduğundan danışılıb.


Açar sözlər: ,  ,