08.05.2024

Ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə görüş keçirilib

Sabirabad şəhər 5 nömrəli tam orta məktəbdə rayonun ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə görüş keçirilib.

 

Görüşdə Mil-Muğan Regional Təhsil İdarəsinin müdir müavini Rabil Şahbazov Sabirabad rayon təhsil sektoru müdiri vəzifəsinə təyin olunmuş Mircamal Həşimovu ümumi təhsil müəssisələrinin rəhbərlərinə təqdim edib. Rabil Şahbazov yeni təyinatı münasibətilə Mircamal Həşimovu təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

 

Mircamal Həşimov ona göstərilən yüksək etimada görə təşəkkürünü bildirib. Rayonun təhsil sahəsində qarşıya qoyulmuş vəzifələrinin icrasının layiqincə yerinə yetirilməsi üçün bütün qüvvəsini səfərbər edəcəyini vurğulayıb.

 

Sonra Mil-Muğan Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Mahir Zahidov cari tədris ilində rayon üzrə IX və XI siniflərin buraxılış imtahanlarının nəticələrini ötən ilin nəticələri ilə müqayisəli olaraq təhlil edib, IV və VI siniflərdə keçiriləcək monitorinqlər, qarşıda duran vəzifələr müzakirə olunub. Tədrisin səmərəli təşkili, vətəndaş məmnunluğunun təmin olunması, qiymətləndirmə, informasiya mübadiləsi, ictimaiyyətlə əlaqələr və digər məsələlərlə bağlı tövsiyələrini verib.

 

Daha sonra məktəb direktorları ilə bir sıra aktual məsələlər ətrafında müzakirələr aparılıb, onları maraqlandıran suallara cavab verilib, müvafiq təkliflər səsləndirilib.


Açar sözlər: ,  ,