Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində vakant olan təlim-tərbiyə işləri üzrə direktor müavini, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul müsabiqəsinin test mərhələsində uğur qazanan namizədlər müsahibə mərhələsinə dəvət edilir.
Müsahibələr 13-17 may 2024-cü il tarixlərində Sabirabad şəhər M. Ə. Sabir adına 1 nömrəli tam orta məktəbin inzibati binasında keçiriləcək.
Test mərhələsində uğur qazanan namizədlərə müsahibənin tarixi və başlanma saatı barədə SMS vasitəsilə mobil nömrələrinə məlumat göndərilib.
Müsahibəyə dəvət olunacaq namizədlərin SMS məlumatda qeyd olunan vaxtdan 15 dəqiqə öncə gəlməyi tələb olunur.
Müsahibəyə gələrkən şəxsiyyət vəsiqəninin əsli və surəti, diplomunun əsli və surəti, əmək kitabçasının əsli və təsdiq olunmuş surətini, 2 ədəd 3x4 ölçüdə foto şəkil və kadrların uçotu vərəqini (doldurulmalıdır) gətirməyi unutmayın.
Müsahibə zamanı yoxlanılacaq meyarlar:
- Vəzifə üzrə praktiki biliklər;
- İdarəetmə bacarıqları;
- Şəxsi keyfiyyətlər.
Qeyd: Test mərhələsində uğur qazanmayan namizədlərin də qeydiyyatdan keçdikləri mobil nömrəsinə SMS vasitəsilə bildiriş göndəriləcək.
Müsahibə mərhələsində iştirak edən bütün namizədlərə uğurlar arzulayırıq!