10.05.2024

Müsahibələr başlayacaq

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin tədrisi digər dildə aparılan bölmələri üzrə uşaqların I sinfə qəbulu üçün müsahibələr 15-30 may 2024-cü il tarixdə keçiriləcək.

 

Müsahibə üçün müraciət edən valideynlərin övladları şəxsi kabinetlərindəki bildirişdə qeyd olunmuş tarixə və yerə uyğun olaraq müsahibədə iştirak edəcəklər.

 

Tədris digər dildə aparılan bölmələri üzrə uşaqların şifahi nitq bacarıqlarının yoxlanılması ilə bağlı region üzrə 2 mərkəzdə, İmişli şəhər 5 nömrəli məktəb-liseydə (Beyləqan və İmişli rayonları üzrə) və Sabirabad şəhər 2 nömrəli məktəb-liseydə (Saatlı və Sabirabad rayonları üzrə) komissiyalar fəaliyyət göstərəcək.

 

Müsahibələrdə uşaqların sifahi nitq bacarıqları 5 meyar üzrə (fikrə münasibət bildirir, ünsiyyət zamanı fikrini sərbəst ifadə edir, nitq etiketlərindən yerində istifadə edir, özü, ailəsi və Vətəni haqqında qısa məlumat verir, təklif edilən əşya və hadisələr haqqında danışır və ya təklif edilən şəkil üzrə 3-5 cümlədən ibarət qısa mətn qurur) qiymətləndiriləcək.

 

Müsahibə zamanı obyektivlik və şəffaflığın tam təmin olunması üçün videoçəkiliş aparılacaq. Eləcə də müsahibədə valideynin iştirakı təmin olunacaq.

 

Xatırladaq ki, müsahiblərdə iştirak etmək üçün Mil-Muğan RTİ-i üzrə ümumilikdə 87 nəfər valideyn müraciət edib.


Açar sözlər: ,  ,