10.05.2024

IV və VI siniflərində monitorinqlər keçiriləcək

Monitorinqlər Mil-Muğan RTİ-i üzrə 32 mərkəzdə olmaqla IV siniflərdə 18 may 2024-cü il tarixdə, VI siniflərdə isə 19 may 2024-cü il tarixlərdə keçiriləcək.

 

Region üzrə IV siniflərdə 7202 nəfər, VI siniflərdə isə 7228 nəfər şagird monitorinqlərdə iştirak edəcək.

 

Monitorinqlərin keçirilməsində məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, bilik və bacarıq göstəricilərinin müəyyən edilməsi, eyni zamanda, tədrisin keyfiyyətinin artırılmasıdır.

 

IV siniflərdə keçiriləcək imtahanın müddəti 120 dəqiqədir. Tədris dili fənni üzrə 30 qapalı, riyaziyyat fənni üzrə 27 qapalı və 3 açıq sual təqdim olunacaq.

 

VI siniflərdə keçiriləcək imtahanın müddəti 150 dəqiqədir. Tədris dili fənni üzrə 25 qapalı, təbiət fənni üzrə 25 qapalı, riyaziyyat fənni üzrə 20 qapalı və 5 açıq sual təqdim olunacaq. Hər cavab bir balla qiymətləndirilir. Səhv cavablar düz cavablara təsir göstərmir.

 

Şagirdlərin monitorinqdə iştirakı icbaridir. Yalnız üzrlü səbəblər olduğu təqdirdə onlar monitorinqdə iştirak etməyə bilərlər.

 

Monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən-sinfə keçmələrinə təsir göstərmir.


Açar sözlər: ,  ,