10.05.2024

Məktəblilərin əl işlərindən ibarət rəsm sərgisi keçirilib

İmişli rayonunun Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar məktəblilərin əl işlərindən ibarət rəsm sərgisi keçirilib.

 

Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin və İmişli rayon təhsil sektorunun təşkilatçılığı ilə rayonunun Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə şagirdlərin rəsm əsərlərinin sərgisi keçirilib.

 

Tədbirdə çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin 101 illiyi münasibətilə təşkil olunan sərginin əhəmiyyətindən danışıblar. Qeyd edilib ki, Azərbaycanda uşaqların sağlam, firəvan böyüməsi, onların hüquqlarının yüksək səviyyədə qorunmasına xidmət edən dövlət siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub.


Açar sözlər: ,  ,  ,