Mil-Muğan Regional Təhsil İdarəsi üzrə tədrisin digər dildə aparılan məktəblərin I sinfə uşaqların qəbulu üçün müsahibələr keçirilir.
Müsahibə üçün müraciət edən valideynlərin övladları şəxsi kabinetlərindəki bildirişdə qeyd olunmuş tarixə uyğun olaraq müsahibədə iştirak edirlər.
Tədris digər dildə aparılan bölmələri üzrə uşaqların şifahi nitq bacarıqlarının yoxlanılması ilə bağlı Mil-Muğan RTİ üzrə iki mərkəzin hər birində bir müsahibə komissiyası fəaliyyət göstərir. Uşaqların sifahi nitq bacarıqları 5 meyar üzrə (fikrə münasibət bildirir, ünsiyyət zamanı fikrini sərbəst ifadə edir, nitq etiketlərindən yerində istifadə edir, özü, ailəsi və Vətəni haqqında qısa məlumat verir, təklif edilən əşya və hadisələr haqqında danışır və ya təklif edilən şəkil üzrə 3-5 cümlədən ibarət qısa mətn qurur) qiymətləndirilir.
Müsahibə zamanı obyektivlik və şəffaflığın təmin olunması üçün videoçəkiliş aparılır. Eləcə də müsahibədə valideynin iştirakı təmin olunur.