Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev İmişli rayonunun Aranlı kənd 1 nömrəli tam orta məktəbin yeni inşa olunmuş binası ilə tanış olub.
Bununla bağlı olaraq məktəb binasında tikinti-quraşdırma və konstruksiya işlərinin başa çatdırılması ilə bağlı idarə müdirinə müvafiq məlumatlar verilib.
Bildirilib ki, yeni tikilmiş məktəb 624 şagird yerlikdir. Məktəbdə 26 sinif otağı ilə yanaşı, hər cür avadanlıqla təchiz olunmuş məktəbəhazırlıq otağı, fizika, kimya, biologiya, texnologiya, informatika, çağırışaqədərki hazırlıq, tibb otağı, kitabxana, akt və idman zalları, yeməkxana mövcuddur.