20.05.2024

"Norkamaniyaya yox deyək" adlı maarifləndirici tədbir keçirilib

Beyləqan şəhər 3 nömrəli tam orta məktəbdə sağlam həyat tərzinin təbliği məqsədilə "Norkamaniyaya yox deyək" adlı maarifləndirici tədbir keçirilib.

 

Tədbirdə çıxış edənlər narkotik asılılığın yaranma səbəbləri, narkotik maddələrdən psixi və fiziki asılılıq, davranışlarda baş verən dəyişikliklər, narkomaniyaya qarşı mübarizədə pedaqoqun və fənn müəlliminin, psixoloqların bu problemə dair qabaqlayıcı tədbirlərin görülməsi və digər məsələlər barədə geniş məlumat veriblər. Sonra digər çıxış edənlər də mövzu ətrafında çıxış ediblər.

 

Sonda narkomaniya və onun törətdiyi fəsadlardan bəhs edən “Narkomaniyaya yox de” videoçarxı nümayiş olunub.


Açar sözlər: ,  ,  ,