21.05.2024

Abışova Zeynəb XVI rus dili Olimpiadasının final mərhələsinin qalibi olub

Sabirabad şəhər 2 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Abışova Zeynəb Daşqın qızı XVI rus dili Olimpiadasının final mərhələsinin qalibi olub.

 

XVI rus dili Olimpiadası Aleksandr Puşkinin anadan olmasının 225 və Mirzə Şəfi Vazehin 230 illiyinə həsr olunub.

 

Rus dilində Olimpiada Bakıdakı Rus evi, Rusiyanın ölkəmizdəki Səfirliyi, Elm və Təhsil Nazirliyi, Rusdilli Təhsil Müəssisələrinin Müəllimlər Assosiasiyası tərəfindən və Azərbaycan Dillər Universitetinin dəstəyi ilə keçirilib.

 

Şagirdimizi təbrik edir və uğurlar arzulayırıq!