21.05.2024

Qarabağ Universiteti ilə tanışlıq məqsədilə görüş keçirilib

Sabirabad və Saatlı rayonlarının ümumi təhsil müəssisələrinin məzunları ilə Xankəndidə yeni yaradılan Qarabağ Universiteti ilə tanışlıq məqsədilə görüş keçirilib.

 

Görüşdə Qarabağ Universitetində nəzərdə tutulan ixtisaslar üzrə təhsil almaq istəyən məzunlar iştirak ediblər.

 

Görüşdə İştirak edən Mil-Muğan Regional Təhsil İdarəsinin Tədrisin Keyfiyyəti Sektorunun müdiri Mahir Zahidov məzunlara 2024–2025-ci tədris ilindən fəaliyyətə başlayacaq Qarabağ Universiteti barədə ətraflı məlumat verib.

 

O, universitetdə pedaqoji, iqtisadiyyat, humanitar və sosial elmlər, mühəndislik, incəsənət, turizm olmaqla 6 fakültə üzrə bakalavriat səviyyəsində tələbə qəbulu həyata keçiriləcəyini bildirib.

 

Universitetdə tələbələrin ödənişsiz təhsil alacaqlarından, hər bir tələbəyə təqadün veriləcəyi və yüksək bal toplayaraq qəbul olunanlar isə əlavə təqadün, hər bir tələbəyə kompüterin hədiyyə olunacağından danşan Mahir Zahidov eyni zamanda məzunların çoxsaylı suallarını cavablandırıb.

 

Sonda məzunlara Xankəndində yeni yaradılan Qarabağ Universiteti və onun yataqxanası barədə məlumatlar slaydlar formasında nümayiş olunub.


Açar sözlər: ,  ,  ,  ,