22.05.2024

“Yaşıl rəng, Yaşıl həyat uğrunda mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib

Sabirabad Rayon İcra Hakimiyyətinin və Mil-Muğan Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl rəng, Yaşıl həyat uğrunda mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.

 

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Sabirabad RİH başçısının birinci müavini Həsən Həsənov çıxış edərək Azərbaycan Respublikasının ekoloji siyasətinin əsas mahiyyəti insanların ekoloji təmiz mühitdə yaşamasını təmin etmək məqsədilə ekosistemlərin qorunması, təbii sərvətlərdən səmərəli istifadə olunması, inkişafın təmin edilməsi, ətraf mühitə minimal zərərli təsir və onun ilkin vəziyyətinin bərpası barədə danışıb.

 

Sonra Mil-Muğan Regional Təsil İdarəsinin müdir müavini Rabil Şahbazov çıxışında ekoloji problemlərin həlli və ətraf mühitin qorunub saxlanmasının vacibliyindən danışaraq məktəblilərdə ekoloji şüurun inkişaf etdirilməsi, ətraf mühitə qarşı həssas münasibətin formalaşdırılması, təbii sərvətlərə və mədəni dəyərlərə hörmətlə yanaşılması ilə bağlı maarifləndirmə işlərinin aparılmasının əhəmiyyətindən danışıb.

 

Mövzu ilə bağlı rayonun ümumi təhsil müəssisələrində çalışan müəllimlərin çıxışları dinlənilib.


Açar sözlər: ,  ,  ,