29.05.2024

"Şən Startlar" idman növü üzrə yarış keçirilib

Mil-Muğan Regional Təhsil İdarəsinin və Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Sabirabad şəhər 1 nömrəli tam orta məktəbdə şagirdlər arasında "Şən Startlar" idman növü üzrə yarış keçirilib.

 

Əyləncəli idman oyunlarında məktəblilər müxtəlif idman növləri üzrə estafet yarışlarında qüvvələrini sınayıblar. Yarışların sonunda komandaların üzvlərinin çıxışı yüksək qiymətləndirilib, uşaqlar diplom və medallarla mükafatlandırılıblar.


Açar sözlər: ,  ,  ,