30.05.2024

Şagirdlər arasında dama üzrə turnir keçirilib

Mil-Muğan Regional Təhsil İdarəsinin və Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Sabirabad rayon Qarağac kənd tam orta məktəbdə şagirdlər arasında dama üzrə turnir keçirilib.

 

Turnir məktəblilərin asudə vaxtlarının səmərəli təşkili və sürətli dama üzrə şagirdlərin müəyyənləşdirilməsi məqsədi ilə keçirilib.

 

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda qaliblərə medal və diplomlar təqdim olunub.


Açar sözlər: ,  ,  ,