30.05.2024

“Qoy həmişə sülh olsun!” adlı tədbir keçirilib

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü və “Yaşıl dünya naminə həmrəylik ili” münasibətilə İmişli şəhər 4 nömrəli uşaq bağçasında “Qoy həmişə sülh olsun!” adlı tədbir keçirilib.

 

Tədbirdə İmişli rayon təhsil sektorunun müdiri Kərim Kərimov, uşaq bağçasının müəllim kollektivi iştirak ediblər. 

 

Tədbirdə Kərim Kərimov çıxış edərək uşaqların bayramını təbrik edib və 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü haqqında danışıb. Dünyanın hər yerində uşaqlara qayğı və onların qorunması xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Uşaqların Beynəlxalq Müdafiəsi gününün uzun illərdir bütün dünyada qeyd edildiyini və hər bir ölkənin, hər bir dövlətin uşaqları qorumağı, uşaqları müdafiə etməyi özünün əsas vəzifəsi hesab etiklərini bildirib.

 

Sonra bayram tədbiri uşaqların hazırladıqları maraqlı proqramla davam edib.