01.06.2024

“Uşaqlar bizim gələcəyimizdir” adlı tədbir keçirilib

Mil-Muğan Regional Təhsil İdarəsinin və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılğı ilə Sabirabad rayon Mədəniyyət Mərkəzində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü həsr olunmuş “Uşaqlar bizim gələcəyimizdir” adlı konsert proqramı maraqla qarşılanıb.

 

Tədbirdə Mil-Muğan RTİ-nin müdiri Rəşad Musayev, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev, mədəniyyət, təhsil işçiləri, rayon ictimaiyyətinin nümayəndələri, məktəblilər iştirak ediblər.

 

Tədbirdə Rəşad Musayev çıxış edərək əlamətdar gün münasibətilə uşaqları təbrik edib, onların gələcək həyatlarında uğurlar arzulayıb. Azərbaycanda uşaqların sosial və hüquqi müdafiə olunması, onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlərin görülməsindən danışıb. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət uşaq siyasətindən, Prezidenti cənab İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlardan, Heydər Əliyev Fondunun gördüyü işləri tədbir iştirakçılarının nəzərinə çatdırıb.

 

Konsert proqramında Saatlı şəhər Bülbül adına Uşaq Musiqi Məktəbinin xor kollektivi, Sabirabad şəhər Üzeyir Hacıbəyli adına Uşaq Musiqi Məktəbinin şagirdlərindən ibarət müxtəlif çalığı alətləri ansamblları, eyni zamanda Sabirabad rayon uşaq baxçalarının uşaqlarının hazırladıqları maraqlı, rəngarəng musiqi və rəqs nömrələri nümayiş olunub.


Açar sözlər: ,  ,  ,