İmişli rayonunun ümumi təhsil müəssisələrinin iştirakı ilə yeni təsdiqlənən “Təhsilverənlərin etik davranış Qaydaları”nın təqdimatı keçirilib.
Təqdimat zamanı Elm və Təhsil Nazirliyinin məsuliyyət dairəsinin genişləndirilməsi, ölkəmizin təhsil həyatında baş verənlərin, qaydaların dəyişməsini zəruri etməsi direktorların diqqətinə çatıdırılıb və yeni Qaydaların maddələri müzakirə olunub. Təhsil müəssisələrində sağlam pedaqoji mühitin formalaşmasında qaydaların tətbiq edilməsinin əhəmiyyəti xüsusi olaraq vurğulanıb.
Sonda yeni Qaydalarla bağlı suallar cavablandırılıb, təkliflər ətrafında fikir mübadiləsi aparılıb.