06.06.2024

Məktəbdənkənar təhsil müəssisələrində yoxlama və monitorinqlər keçirilir

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin təşkili və idarə olunmasının yoxlanılması məqsədilə monitorinqlər keçirilir.

 

Təhsil müəssisələrində sağlamlıq, təhlükəsizlik və nizam-intizam, tədris-pedaqoji və digər sənədlərlə işin təşkili, inzibati heyətin fəaliyyəti, metodiki işin təşkili monitorinqlərin əsas istiqamətləridir.

 

Monitorinqlər zamanı müvafiq istiqamətlərə üzrə müəyyən meyarlar üzrə qiymətləndirmələr aparılır.

 

Monitorinqlərin təşkil olunmasının əsas məqsədi məktəbdənkənar təhsil müəssisələrində təhsil mühitinin öyrənilməsindən ibarətdir.


Açar sözlər: ,  ,  ,