31.05.2024

İmişlidə PISA 2025-in sınaq mərhələsi keçirilib

İmişli şəhər 1 nömrəli tam orta məktəbdə PISA 2025 - Beynəlxalq Şagird Qiymətləndirilməsi Tədqiqatının sınaq mərhələsi keçirilib.

 

55 nəfər şagirdin iştirak etdiyi imtahanın məqsədi ümumi təhsil müəssisələri üzrə 15 yaşlı şagirdlərin oxu, riyaziyyat, təbiət elmləri və yaradıcı düşünmə üzrə bilik, bacarıqlarını qiymətləndirmək, eyni zamanda onları real həyatda tətbiq etmək qabiliyyətlərini müəyyənləşdirməkdir.

 

Tədqiqat İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) tərəfindən 3 ildən bir keçirilir.

 

Qeyd edək ki, sözügedən tədqiqatın sınaq mərhələsi Təhsil İnstitutunun təşkilatçılığı ilə həyata keçirilir.


Açar sözlər: ,  ,