07.06.2024

"Azərbaycanın tarixi və coğrafiyası" adlı “Xəmsə” milli intellektual oyunu üzrə yarış keçirilib

Saatlı rayon təhsil sektorunun, Saatlı rayon gənclər və idman sektorunun və "Saatlı Gənclər evi" sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində rayonun məktəbliləri arasında "Azərbaycanın tarixi və coğrafiyası" adlı “Xəmsə” milli intellektual oyunu üzrə yarış keçirilib.

 

Saatlı rayonu Əlisoltanlı kənd tam orta məktəbin "Birlik" və "Unity" komandaları, Qara Nuru kənd tam orta məktəbinin "Qara Nuru" komandası və Məzrəli kənd tam orta məktəbin "Məzrəli" komandası çempion adı uğrunda mübarizə aparıblar.

Oyunun nəticəsinə əsasən "Birlik" komandası I, "Qara Nuru" komandası II, "Unity" komandası isə III yeri tutublar.

 

Qalib komandalar intellektual oyunun təşkilatçıları tərəfindən kubok və fəxri fərmanlarla təltif ediliblər.


Açar sözlər: ,  ,