08.06.2024

“Bullinq nədir?” mövzusunda təlim keçirilib

Sabirabad rayon təhsil sektorunun, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının, Gənc Azərbaycan dili və Ədəbiyyatı Müəllimləri Birliyinin təşkilatçılığı ilə təlim keçirilib.

 

Təlimdə Sabirabad rayon təhsil sektorunun aparıcı məsləhətçisi Babaşov Babaş gənc müəllimləri salamlayaraq, təlim haqqında ətraflı məlumat verib, təlimin əhəmiyəti və fənnin tədrisində təlimin mühüm rol oynayacağından danışıb.

 

Gənc Azərbaycan dili və Ədəbiyyatı Müəllimləri Birliyinin sədr müavini Elvira Allahverdiyeva fənn müəllimlərini təlimlərdə aktiv iştirak etməyə çağırıb və birliyin fəaliyyətinə dəstək olmağı bildirib.

 

Sonra təlimçi Elnarə Nurxan tərəfindən gənc müəllimlər üçün “Bullinq nədir?” mövzusunda təlim keçirilib və təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.


Açar sözlər: ,  ,